“Neftçi”nin yayda “Qəbələ”dən bir neçə futbolçunu transfer edəcəyi bildirilir.
Newsport.az-ın məlumatına görə, həmin futbolçular sırasında Ruan Renato və İsnik Aliminini adları çəkilir.
Etibarlı mənbədən daxil olan məlumata görə, “ağ-qaralar”ın maraqlandığı və heyətinə qatmaq istədiyi oyunçular sırasında Rafael Utziqin də adı var.
Belə ki, “Neftçi” hücumun müxtəlif mövqelərində oynaya bilən braziliyalını yayda komandaya cəlb etmək istəyir.
1996-cı ildə Rio de Janeyroda doğulan Utziq “Kaskavel”, “İparinqa”, “Foz İquaçu”, “Parana” klublarında oynadıqdan sonra 2020-ci ildə “Qəbələ”yə keçmişdi.
sportal.az