“Səbail”də yeni futbolçu

"Səbail” klubu heyətinə yeni futbolçu qatıb.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi “Pierikos”dan (Yunanıstan) Tural Bayramlını heyətinə cəlb edib. 24 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Tural yeni komandasında 39 nömrəli formanı geyinəcək.

“Sumqayıt”ın yetirməsi olan Bayramlı ölkəmizdə “Keşlə”, “Zirə”, Latviyada isə “Dauqavpils”in formasını geyinib.

“Səbail” qış fasiləsində Rəşad Əzizli və Hüseynəli Quliyevi də heyətinə qatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right