"Zirə” klubu yeni mövsümə hazırlığı davam etdirir. Əsas komanda ilə yanaşı aşağı yaş qrupları üzrə komandalar da diqqət mərkəzindədir.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, U-19-dan sonra U-17 komandasının də baş məşqçisi ilə müqavilə imzalanıb.
Ramin Həbibov “Zirə”nin 17 yaşa qədər futbolçulardan ibarət komandasının baş məşqçisi olub. Onunla bir illik müqavilə bağlanıb.