Emil Balayev bu klubun maraq dairəsinə düşdü

Millimizin və “Qarabağ”ın qapıçısı Emil Balayevlə Qazaxıstanın “Turan” klubunun maraq dairəsinə düşüb.

Newsport.az "meta-ratings.kz" saytına istinadən xəbər verir ki, ölkənin Premyer Liqa təmsilçisi "Turan" millimizin qolkiperi ilə maraqlanır. Klubun artıq 27 yaşlı qapıçı ilə danışıqlara başladığı bildirilib. 

Məlumata görə, 2021-ci ilin dekabrında Qazaxıstanın başqa bir klubu “Aktobe” Balayevi heyətinə cəlb etmək istəyib. Amma həmin vaxt əsas qapıçısı Şahruddin Məhəmmədəliyev zədələndiyindən “Qarabağ” Emili buraxmayıb. Sayt iddia edib ki, bir ay sonra isə Ağdam klubu Emillə yolları ayırmağı mümkün sayıb.Bu zaman Balayevlə "Turan" da maraqlanıb.

Bildirilir ki, onun komandaya keçidi baş məşqçisi Vladimir Qazzayev dəvəti əsasında baş tuta bilər. Emil 2019-cu ildə məhz Qazzayevin rəhbərliyi altında "Tobol"da çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right