Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Avropa Liqasında 1/16 final oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi "Sevilya"nın (İspaniya) qonağı olub və 1:3 hesabı ilə uduzub
Oyuna ehtiyat oyunçular skamyasında başlayan Mahir 57-ci dəqiqədə meydana daxil olub. O, Deni Yuriçi əvəzləyib. Bu, 24 yaşlı hücumçunun yeni klubunda ilk rəsmi oyunu olub.
Qeyd edək ki, Mahir fevralın 3-ü "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.
Avropa Liqası, 1/16 final mərhələsi
00:00. "Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:1
Qol: İvan Rakitiç, 13 pen. (1:0), Mislav Orsiç, 41, (1:1), Lukas Okampos, 44 (2:1), Martial, 45+1 (3:1)
“Ramon Sançes Pisxuan” stadionu