Son olaraq “Səbail”də çıxış etmiş Azərbaycan millisinin sabiq üzvü Şəhriyar Rəhimov aktiv futbolçu karyerasını sona çatdırıb.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları buna səbəb olub.
Şəhriyar Rəhimov 2018/2019, 2019/2020, 2021/2022-ci illər mövsümündə “Səbail”in formasını geyinib. Ümumilikdə 50 oyun keçirən futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.