Millinin məşqçiləri avrokubok oyunlarını izləyəcək

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən millinin məşqçilər heyətinin üzvləri klublarımızın UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi qarşılaşmaları izləyəcəklər.

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Elxan Abdullayev “İnter” – “Laçi”(Albaniya) oyununa, Mahmud Qurbanov  “Qəbələ” – “Dinamo” (Gürcüstan) qarşılaşmasına baxacaq,  Faiq Əzizov isə “Mladost” (Monteneqro) – “Neftçi” oyununu izləmək üçün Podqoritsa şəhərinə səfər edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right