Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün son yoxlama matçına çıxacaq.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu gün Moskva "Lokomotiv"i ilə qarşılaşacaq.
Keçirdiyi iki yoxlama görüşündə məğlub olan Qurban Qurbanovun komandası bu oyundan qalib ayrılmağa çalışacaq. Matç Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
Qeyd edək ki, ilk yoxlama görüşündə "Horn"a (Avstriya) 3:4 hesabı ilə uduzan "Qarabağ" daha sonra "Styaua"ya (Rumıniya) da məğlub olub - 2:3.
7 iyul
Yoxlama oyunu
21:30. “Qarabağ” – “Lokomotiv” (Moskva, Rusiya) 2:2
Qollar: Reynaldo, 45, Yenbayev, 80 (öz qapısı) - Kasayev, 35, Tarasov, 72
Kossen (Avstriya). Qəsəbə stadionu