Elmar Baxşıyev: "Qarabağ"a qarşı yaxşı oyun nümayiş etdirə bilərik"

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Sumqayıt” (1:1) matçından sonra ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında danışıb.

Newsport.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis matçla bağlı bunları deyib: 

"Cavab oyunundan qabaq demişdim ki, hələ mərhələni adlamamışıq və oyun çətin keçəcək. İlk yarıdakı oyunumuzdan razı qaldım. İkinci yarıda isə rəqib təzyiq etməyə başladıq və buna görə də müdafiə olunurduq. Yoxsa, müdafiədən oynamaq fikrimiz yox idi. Digər tərəfdən rəqib də fərqlənməyə çalışırdıq. Qrafikimiz asan deyil və yorğunluq hiss olunur. Ümumilikdə komandadan razıyam.

“Qarabağ”ın reklama ehtiyacı yoxdu, gücünü də bilirik. Hər mövqedə güclüdür. Amma komandama inanıram. “Qarabağ”a qarşı yaxşı oyun nümayiş etdirə bilərik. Əgər yarımfinaldayıqsa, niyə nəticəni düşünməyək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right