"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Newsport.az-ın məlumatına görə, belaruslu mütəxəssis, matçdan sonra bunları söyləyib:
“İlk oyundakı qol epizodlarının heç olmasa birindən yararlana bilsəydik, bugünkü oyuna daha rahat çıxardıq. Oyuna 0:1 hesabı ilə məğlub çıxmaq psixoloji təsir edirdi. Amma itirəcəyimiz heç nə yox idi. Təəssüflər olsun ki, cəmi 1 qol vurduq, 2-ci qolu vura bilmədik. Məşqlərdə və oyunlarda 100 faiz gücümüzü meydanda qoyacağıq.
Araz Abdullayev Türkiyədə şanssız zədə aldı. Komandada 4 həftəyə yaxın uzaq qaldı. O, bizim üçün vacib oyunçudu. Həm meydanda, həm də meydandan kənarda yüksək peşəkarlığı var. Penalti epizodunda da məsuliyyəti üzərinə götürdü. Araz Abdullayev çox peşəkar biridi və daha yaxşı olacağına inanıram".