Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, son oyun günündə iki görüş keçiriləcək.
"Qəbələ" "Sumqayıt"ı qəbul edəcək. Sumqayıtda keçirilən ilk oyunda komandalar heç-heçə etmişdi - 1:1.
Günün digər matçında isə "Zirə" "Səbail"in qonağı olacaq. İlk oyunda 4 cavabsız qolla qalib gələn "Zirə" mərhələnin taleyini böyük ölçüdə həll edib.
Azərbaycan Kuboku, 1/4 final
Cavab oyunu
13 fevral (bazar)
18:00. “Səbail” – “Zirə” - 1:3
Qol: Ruslan Hacıyev, 7 (1:0), Ağabala Ramazanov, 21 (1:1), TƏmkin Xəlilzadə, 39-pen. (1:2), Coşqun Diniyev, 73 (1:3)
Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov
“ASCO Arena”
İlk oyun - 0:4
15:00. “Qəbələ” – “Sumqayıt” - 1:1
Qol: İsnik Alimi, 18 (1:0), Araz Abdullayev, 82-pen. (1:1)
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu
İlk oyun - 1:0