“Qarabağ”ın futbolçusu Musa Qurbanlı “Keşlə”yə qarşı ölkə kubokunun ¼ final oyununu (6:0) şərh edib.
Newsport.az-ın məlumatına görə, matçda qol vuran və komandasına penalti qazandıran gənc futbolçu “CBC Sport”a açıqlamasında həmişə daha yaxşısını etməyə çalışdığını söyləyib:
“Öz oyunumdan razı qaldığımı deyə bilmərəm. Həmişə daha yaxşısını edə bilərik. Akademiya vaxtlarında yarımmüdafiədə oynamışam. Harda şans versələr, əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.
Forvard qazandığı penaltini özü yerinə yetirməməsi barədə sualı bu cür cavablandırıb:
“Məşqçilərin tapşırığı belədi. Penaltiləri kimin yerinə yetirəcəyi oyundan qabaq deyilir. Ona görə heç yaxınlaşmadım. Ramil Şeydayev vurmalıydı, vurdu da”.