"Sabah" - "Neftçi" oyununda dava: 3 "qırmızı"

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sabah" - "Neftçi" matçında ara qarışıb.

Newsport.az xəbər verir ki, oyunun 2-ci hissəsində meydan sahiblərinin futbolçusu Aleksey İsayev rəqib oyunçu Eddi İsrafilovu başla vurub. Bundan sonra meydan sahiblərinin qapıçısı Səlahət Ağayev də ortaya gələrək, "Neftçi"nin futbolçularına hücum edib. Hakim həm Səlahətə, həm də Alekseyə qırmızı vərəqə göstərib. Bundan başqa "Sabah"ın baş məşqçisi Murad Musayev də qırmızı vərəqə ilə cəzalandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right