Samir Abasov: "İkinci hissədə komanda "ayıldı"

Azərbaycn Kubokunun ¼ final mərhələsinin “Sabah” – “Neftçi” cavab oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə 3:1 hesablı qələbəni şərh etdi...

- Bu qələbə həddən artıq lazım idi. Bir az çətin dönəmdə idik. Bunu başa düşürəm. Kim necə anlayır, bilmirəm, izah etməyə çalışıram. Bazadakı hər kəs üçün vacib idi. Bir az üzülmüşdük. Bu oyundan sonra bir az gülümsəyə bilərik. İkinci hissədə komanda “ayıldı”. Rəqibin ilk yarıdakı oyununa qarşı hazır idik. Amma bir az “yatmışdıq”. Çox vaxt axşam 7-8-də oynayırdıq, bu gün 4-də oynamaq ola bilsin ki, komandanı “yatırmışdı”. Əsas odu ki, qalib gəldik. Futbolçular çox böyük iş gördülər.

- İkinci oyundu, Sezar Meza Kolli meydana çıxandan sonra komanda daha yaxşı oynayır...
- Səbəbləri bilmək üçün yanımda işləmək, klubda işləmək lazımdı. Hərdən araşdırmadan qiymət veririk. 10 gün məşqdən sonra əsas heyətdə oynaması mümkünsüzdü. Fasilə müddətində o, koronavrusa yoluxdu. Təəssüf ki, xəstəliyi ağır keçirdi. Yanvarın 20-də məşqlərə başladı. Get-gedə daha çox oynatmağa çalışacağıq. Mezanın etdiklərini görürük, eləmədiklərinə də baxmalıyıq. Bəzi şeyləri etməyə gücü yoxdu. Onları biz görürük.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right