Sənan Qurbanov biabırçı məğlubiyyətin səbəbini büdcədə görür

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov “Qarabağ”a qarşı Azərbaycan Kubokunun ¼ final oyunu (0:6) barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra bunları deyib:

“Belə məğlubiyyətdən sonra danışmaq çətindi. İstənilən halda, nəsə deməliyəm. Fərq sözünü dedi. Bir tərəfdə böyük büdcəyə malik “Qarabağ”, digər tərəfdə biz. Büdcəmiz istədiyimiz futobolçuları gətirməyə imkan vermir. Belə məğlubiyyət istəməzdik. İndi üstümüzə daha böyük yük düşür. Futbolçuları psixoloji məngənəyə düşməyə qoymamalıyıq. Bu ağrılı məqamdan maksimum tez çıxmalıyıq”.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right