Qadınlardan ibarət Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək.
Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv Birləşmiş Ərəb Əmirliklərinin yığması ilə qarşılaşacaq.
Eyni komanda ilə hər iki görüş Bakıda fevralın 14-də start götürəcək və 23-dək davam edəcək təlim-məşq toplanışı müddətində baş tutacaq. "Dalğa Arena"da oynanılacaq matçlar müvafiq olaraq fevralın 20-i və 23-də olacaq.