Rasim Ramaldanov: "Allah eləsin ki, birgə uğur qazana bilək"

"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun müsahibəsi təqdim edirik:

- Məşqlər necə gedir?
- Bir neçə gün Bakıda hazırlaşdıq. Məşqlər yüngül keçirdi. İndi isə Türkiyədə məşq edirik. Yüklənmələr artır. Yeni mövsümə hazırlaşırıq.

- Sizcə, komanda Yunis Hüseynovun rəhbərliyi altında yeni mövsümdə uğur qazana biləcək?
- Yunis Hüseynov Azərbaycan futbolunu yaxşı tanıyır. Hesab edirəm ki, növbəti mövsümdə bizdə hər şey yaxşı alınacaq.

- Komandaya yeni gələn futbolçular barədə nə deyə bilərsiniz?
- Onların hamısını tanıyıram. Hamısıyla da yaxşı münasibətim var. Yaxşı futbolçulardılar. Allah eləsin ki, birgə uğur qazana bilək.

- "Xəzər Lənkəran" çempionluğa köklənib?
- Bəli, qızıl medallar uğrunda mübarizə aparacağıq.

- Vüqar Nadirovla Vaqif Cavadov komandanın hücum xəttini gücləndirməy dəvət olunub. Amma onlar son mövsümdə elə də çox meydana çıxmırdılar. Sizcə, onlar komandanıza faydalı olacaqlar?
- Niyə də yox? Nadirovla Cavadov Azərbaycanın ən güclü hücumçularındadırlar. Hər ikisi yığma komandamızda da oynayır. Onlar komandanın hücum xəttini gücləndirəcəklər. Heyətə legionerlər də cəlb olunacaq. Bizə təcrübəli legionerlər lazımdır.

- Son mövsümdə hücum xəttiniz Alfred Sanko və Ağabala Ramazanovdan ibarət olsa da, onlar gedib. Bu, sizi məyus etmədi?
- Ağabala mənim yaxın dostum idi, yaxşı futbolçudur. Onun qalmasını istəyərdim. Amma başqa cür alındı. Ona uğurlar arzulayıram.

- Mətbuatda çoxlu klubdan təklif aldığınız bildirilsə də, sonda "Xəzər Lənkəran"da qaldınız...
- Klub rəhbərliyi ilə, Yunis Hüseynovla söhbətimiz oldu. Onlar mənim qalmağımı istədilər. Ona görə də qaldım. Komandamın uğur qazanması üçün əlimdən gələni edəcəyəm. (azerispor)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right