Ramin Musayev: "Bakı" Premyer Liqaya 1-ci divizionun qalibi kimi qayıda bilər"

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Bakı"nın yeni mövsümdə Premyer Liqada çıxış etmək perspektivini şərh edib.

Newsport.az-ın məlumatına görə, azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Topaz Premyer Liqasının yeni mövsümündə iştirak edəcək klubların sayı bəllidir - 10. Həmin siyahıda "Bakı"nın adı yoxdur. Çünki klub AFFA-dan lisenziya ala bilməyib. Amma Premyer Liqada oynamaq istəyirlərsə, öncə birinci divizionda oynamalı, qalib olmalı və növbəti mövsümdən Premyer Liqaya qayıtmalıdırlar. Premyer Liqanın yeni mövsümünün iştirakçıları artıq hazırlığıa start veriblər. Yalnız "Simurq" qalır ki, onlar da yaxın günlərdə təlim-məşq toplanışına başlayacaqlar".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right