Stepan Polyak da "İnter"ə keçdi

Ölkəmizi Avropa Liqasında təmsil edən Bakı “İnter”i heyətini daha bir futbolçu ilə gücləndirir.

Newsport.az-ın məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi Stepan Polyakla razılıq əldə olunub. “Simurq”un sabiq futbolçusu ilə bu gün altı aylıq müqavilə imzalanacağı gözlənilir. 

“Simurq”un heyətində 86 oyun keçirən 32 yaşlı yarımmüdafiəçi 11 qola imza atıb. “İnter” yay transfer dönəmində  Yuri Fomenko, Rauf Əliyev, Mirhüseyn Seyidov, Denis Silva, Laşa Kasradze, Xuan Fransisko, Nika Kvekveskiri, Tural Qürbətov, Zurab Xizanişvili və Elnur Abdullayevi heyətinə cəlb edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right