“Bakı” klubu yeni mövsümdə də Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.
Newsport.az-ın məlumatına görə, ötən gün gecə saatlarında bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevlə “Bakı”nın başqanı Hafiz Məmmədov arasında görüş keçirilib. Müzakirələrin sonunda qərar qəbul edilib ki, Hafiz Məmmədov bütün öhdəlikləri yerinə yetirəcək və “Bakı” yeni mövsümdə də Premyer Liqada mübarizə aparacaq.