Aleksey Baqa: “Yüz faiz əminəm ki, orda qayda pozulmuşdu”

"İkinci hissədə göstərdiyimiz oyunla  bir xala layiq idik. Yaxşı çıxış etdik və rəqibə təzyiq göstərdik. Təəssüf ki, cəmi bir qol vura bildik. Daha çoxuna layiq idik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 15-ci turunda bu gün "Səbail"lə keçirilən keçirilən görüşdən (1:1) sonra mətbuat konfransında deyib.

O, oyun ərzində hakim qərarlarına sərt reaksiya göstərməsini belə şərhe dib: "Mən ancaq öz işimi və komandamın oyununu şərh edə bilərəm. Meydanda baş verən hər şey orda qalacaq. Amma mən həmin epizodla bağlı fikrimdə qalıram -  Əli Qurbaninin epizodunda 100 faiz əminəm ki, qayda pozuntusu var idi. Hakimliyə münasibət bildirməyəcəyəm".

Belaruslu mütəxəssis meydançanın qazonunun vəziyyəti haqqında da danışıb: "Sintetik ot örtüyüdür, fərqli keyfiyyətdədir. Belə qozon yüksək keyfiyyətli, sərt və yumşaq ola bilər. Mən bunun mütəxəssisi deyiləm. Səfərə gəlmişiksə, oynamalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right