Çexiyanın 2-ci liqa təmsilçisi “Viktoriya”da (Jijkov) oynayan azərbaycanlı futbolçu Fərid Nəbiyev növbəti matça çıxıb.
Newsport.az-ın xəbərinə görə, yüksək liqa təmsilçisi “Slovan”a (Liberts) qarşı yoxlama görüşündə 22 yaşlı vingerin komandası 4:3 hesabı ilə qələbə qazanıb. Qollardan birini F.Nəbiyev vurub.
Qeyd edək ki, F.Nəbiyev bu qış keçirilən digər yoxlama görüşlərində də məhsuldarlığı ilə fərqlənib. O, ümumən 2022-ci ildə 5 yoxlama oyununda rəqib qapılarına 6 dəfə yol tapıb.