“Neftçi” PFK-nın əvəzedici komandası Bakıda keçirdiyi təlim-məşq toplanışını başa vurub.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Tofiq Mustafayevin yetirmələri “Dalğa Arena” stadionunun ehtiyat meydançasında məşq ediblər.
Hazırlıq prosesi ikitərəfli oyunla başa çatıb. Əvəzedicilər təlim-məşq toplanışının ikinci mərhələsini keçmək üçün sabah Gürcüstana yola düşəcəklər. İyulun 25-dək davam edəcək hazırlıq prosesi zamanı 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.