Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Xan Lənkəran" ikinci yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Region Liqası təmsilçisi Almaniyanın "Türkspor Dortmund" klubu ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Xan Lənkəran"ın heyətində Kazım Kazımlı fərqlənib.
Qeyd edək ki, "Xan Lənkəran" Antalyada keçirdiyi ilk yoxlama matçında Almaniyanın "Bişhofverde" klubunu 1:0 hesabı ilə məğlub edib.