"Qarabağ" Rumıniya nəhənginə qarşı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi Rumıniyanın "Styaua" klubu ilə qarşılaşıb. Bu görüşdə "Qarabağ" 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl yoxlama matçında "Horn" klubuna 3:4 hesabı ilə məğlub olub. Qurban Qurbanovun komandası son yoxlama oyununu iyulun 7-iRusiyanın "Lokomotiv" (Moskva) klubuna qarşı keçirəcək.




3 iyul

Yoxlama oyunu

20:30. "Qarabağ" (Azərbaycan) - "Styaua" (Rumıniya) - 2:3

Qollar: Stanku 2, Tudorie 57, Mihalcea 90 -  Reynaldo 6, Elvin Nəsibov 85

“Qarabağ”ın start heyəti: İbrahim Şehiç, Bədavi Hüseynov, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Ansi Aqoli, Cavid Tağıyev, Dani Kintana, Reynaldo, Riçard Almeyda, Əlharabi,

 

 

İkinci Hissədə meydana daxil olan: İlqar Qurbanov, Namiq Ələsgərov





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right