Fariz Nəcəfov: “Yeni transferlər etimadı doğrultmadılar"

"Azlıqda olan komandaya uduzmağımız yaxşı hal deyil. Halbuki rəqibdən daha yaxşı təsir bağışlayırdıq". 

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

“Dinamo”ya 1:2 hesabı ilə uduzduqları oyun barədə danışan, Nəcəfov cavab matçında uğura inandığını bildirib: “İnanıram ki, komanda bu məğlubiyyətdən nəticə çıxaracaq. Cavab görüşündə lazım olan nəticəni qazanacağımıza inanıram. Bizi 1:0 hesablı qələbə də qane edir”.

“Yeni transferlərdən razı qaldınızmız” sualını klub rəsmisi belə cavablandırıb: “Bu oyuna görə onlar etimadı doğrultmadılar. Amma biz onlara inanırıq. Düşünürəm ki, növbəti matçlarda daha yaxşı təsir bağışlayacaq”.(Futbolxeber.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right