"Qəbələ"nin yeni transferi komandaya nə vaxt qoşulacaq?

"Qəbələ" qış "transfer pəncərəsi" zamanı heyətinə hələ ki, yalnız Patrik Robsonu qata bilib.

Newsport.az saytının məlumatına görə, bölgə klubu Robsonu "Admira Vakker"dən icarəyə götürsə də, hələ ki, ona qovuşa bilməyib.

Buna səbəb isə braziliyalının koronavirusa yoluxmasıdı. Məlumata görə, yarımmüdafiəçi "Qəbələ"nin düşərgəsinə yalnız Bakıda qoşula biləcək. Onun Türkiyədəki toplanışa yollanmayacağı ehtimal edilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right