"Qəbələ" Polşa klubuna uduzdu Yenilənib

"Qəbələ" Antalyadakı təlim-məşq toplanışında bu gün ilk yoxlama oyununu keçirib.

Newsport.az saytının məlumatına görə, Elmar Baxşıyevin komandası "Zaqlembe" (Polşa) ilə üz-üzə gəlib.

Qarşılaşma Polşa klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin qolunu 9-cu dəqiqədə Fernan Lopes vurub.

"Zaqlembe" Polşanın əsas çempionatında çıxış edir. Komanda hazırda turnir cədvəlində 20 xalla 14-cüdür. 

16:00. Qəbələ – Zaqlembe 1-2

Qol: Fernan Lopes

Qeyd edək ki, "Qəbələ" yanvarın 21-də "Borets" (Şimali Makedoniya), yanvarın 24-də "Bohemians" (Çexiya) ilə üz-üzə gələcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right