Peşəkar Futbol Liqasının 7-ci yaşı

Bu gün Peşəkar Futbol Liqasının yaranmasından 7 il ötür.

Newsport.az-ın məlumatına görə, PFL 13 iyun 2008-ci ildə AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı assosiasiyanın prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılıb. İlk gündən quruma Ramin Musayev rəhbərlik edir.

PFL futbol üzrə Azərbaycan çempionatı, Azərbaycan Kuboku, Azərbaycan Birinci Divizionu və Azərbaycan Superkuboku uğrunda yarışları təşkil edir.Geridə qalan 7 il ərzində müxtəlif yeniliklərə imza atan PFL bu gün də ölkə futbolunun inkişafı üçün çalışır və gələcəkdə ənənəsinə sadiq qalacaq. Peşəkar Futbol Liqası yarandıqdan sonra klublarımız avrokuboklarda uğurla çıxış ediblər. Bunun nəticəsində Avropa reytinqində xeyli irəliləmişik.

 

Newsport.az saytı PFL-i ad günü münasibəti ilə təbrik edir. Başda Ramin Musayev olmaqla, qurumun bütün əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzu edirik.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right