Azərbaycanda 3 klubun formasını geyinmiş futbolçu "Pünik"ə keçir

"Səbail", "Sabah" və "Keşlə" klublarının sabiq futbolçusu Yevgeni Koçuk karyerasını Ermənistan Premyer Liqasında davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, moldovalı yarımmüdafiəçi "Pünik" komandası ilə anlaşıb. Hazırda ailəsi ilə birlikdə İrəvanda olan 29 yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Yevgeni Koçuk 2018-2019-cu illərdə "Səbail"in, 2020-ci ildə "Sabah"ın, 2021-ci ildə isə "Keşlə"nin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right