Polyak bu gün "Xəzər Lənkəran"in düşərgəsində olacaq

Növbəti mövsümə iddialı hazırlaşan "Xəzər Lənkəran" transfer çalışmalarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, cənub təmsilçisi "Simurq"dan ayrılan polşalı qolkiper Pavel Kapsanı heyətə qatmağa çox yaxındı. Bu gün Kapsa Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın düşərgəsinə gələcək.

"Ağ-yaşıllar"ın əsas qolkiperi Vyaçeslav Tomiçin komandadan ayrılacağı deyilir. Ölkəsində müalicə alan xorvat qolkiperin Türkiyənin "Malatyaspor" klubu ilə danışıqlar apardığı barədə məlumat da yayılıb.

Zaqatala klubunda baş verən son olaylardan sonra Pavel Kapsa azad agent statusuna sahibdi. Bu da onun "Xəzər Lənkəran"a keçidini əngəlləmir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right