Birinci divizionda 2-ci dövrənin hazırlığını davam etdirən “Turan Tovuz” bu gün ilk yoxlama oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Tovuz təmsilçisi Region Liqasında mübarizə aparan “Xan Lənkəran”la qarşılaşıb.
Oyun Divizion təmsilçisinin qələbəsiylə başa çatıb – 1:0. “Turan Tovuz”un yeganə qolunu İzzət Müştaqov vurub.