"Neftçi"nin forvardı Türkiyəyə yollanacaq

“Neftçi”nin braziliyalı hücumçusu Tyaqo Bezerra bu gecə Türkiyənin Antalya şəhərinə yollanaraq komandanın düşərgəsinə qoşulacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə klub televiziyası məlumat yayıb.

Koronavirusdan sağalan braziliyalı hücumçu sabahdan məşqlərdə iştirak edə biləcək. Komandanın digər legionerlərindən Xorxe Korrea və Sezar Meza Kolli isə bu gün yenidən test verəcəklər. Analiz nəticələri neqativ çıxacağı halda, onlar da Antalyaya gedərək məşqlərə qatılacaq.

​“Neftçi” yanvarın 25-dək Türkiyədə təlim-məşq toplanışında olacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right