"İstəyimiz onların da komanda ilə birgə olmaları idi" - Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Türkiyənin Antalya bölgəsində Macarıstanın “Kişvarda” komandasında qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 2:2 hesabıyla başa çatan matçdan sonra klub televiziyasına açıqlamasında bunları söyləyib:

“Hansısa oyunçunu fərqləndirmək, onun haqqında danışmaq istəməzdim. Bu gün maraqlı oyun alındı. Digər tərəfdən, həddindən artıq hərəkətli oynadıq ki, bu da bizə xoş oldu. İlk həftədəcə və davam edən yükləmələrdən sonra bu cür hərəkətli çıxış etmək komanda üçün xoş siqnal oldu. Bu gün həm gənc futbolçularımız yaxşı idi, həm də komanda şəklində pis deyildik. Bəzi boşluqlar var idi ki, onları da oyundan sonra komanda ilə birlikdə müzakirə edəcək, araşdıracağıq. Amma ilk oyun üçün pis deyildi. Müxtəlif səbəblərdən bütün oyunçularımız heyətə qoşula bilməyib. Bu da təəssüf doğurur. İstəyimiz onların da komanda ilə birgə olmaları idi. Amma əlimizdən gələn bir şey yoxdur.

Baş məşqçi yeni transferlər Eddi İsrafilov və Azər Salahlının kollektivə uyğunlaşma prosesindən də danışıb: “Onların üstünlükləri odur ki, bir-birini futbolçu kimi yaxşı tanıyırlar. Uyğunlaşmanı tez keçməkdən ötrü kollektiv də önəmlidir. Hazırda komandadaxili ab-hava həqiqətən mükəmməldir. Bu da onların tezliklə adaptasiya olunmalarına bir köməkdir. Yerlilərdən əlavə, legionerlərimiz də uzun müddətdir “Neftçi”dədirlər. Düşünürəm ki, Azərə nisbətən Eddi adaptasiya sarıdan bir qədər problem yaşasın. Görünən odur ki, Salahlı uyğunlaşma dövrünü yaxşı keçir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right