Cumbinyo yenidən "Qarabağ"da

"Qarabağ"Avstriyada təlim-məşq toplanışını davam etdirir.  
 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, dünən Avstriyanın "Horn" klubu ilə ilk yoxlama oyununa çıxan komanda bu gün istirahətdədir. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 13 günlük aradan sonra  futbolçulara istirahət şansı yaradıb.  Sabaha komandanın 2 məşqi nəzərdə tutulub.

Ötən yay avrokubok oyununda zədələnərək sıradan çıxan Cumbinyo da artıq komandanın düşərgəsindədir. Braziliyalı dünən "Qarabağ"ın məskunlaşdığı otelə gedib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right