Elxan Məmmədov UEFA-da komitə üzvü seçilib

UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub. 

Newsport.az-ın məlumatına görə,  bu gün həm də İdarəetmə və Audit  Komitəsinin tərkibi müəyyənləşib.

Qitə futbol qurumu rəhbərliyinin bu məsələ ilə bağlı  təklifi İcraiyyə Komitəsində geniş müzakirə olunub və üç ölkənin – Azərbaycan, Avstriya və Finlandiya  Futbol Federasiyasının nümayəndəsi  komitəyə üzv seçilib.

AFFA-nın baş katibi Elxan Məmmədovun da təmsil olunduğu komitənin işi  UEFA-nın ayrı-ayrı sahələr üzrə fəaliyyətini, o cümlədən maliyyə məsələlərini audit edəcək,  qərarların icrasını və effektivliyini mütəmadi olaraq araşdırmaqla UEFA rəhbərliyinə  hesabatlar  hazırlayacaq. (affa.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right