Təlim-məşq toplanışı çərçivəsində "Qarabağ" ilk yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Ağdam klubu Avstriyada yerli “SV Horn” klubuyla üz-üzə gəlib. Ağdam klubu bu oyunda ikinci hissədə əsas heyətlə oynayıb. Birinci hissədə isə baş məşqçi Qurban Qurbanov əsasən əsas heyətə düşməkdə çətinlik çəkən futbolçulara şans verib. Elə buna görə olub ki, ilk hissə rəqibin 3:0 hesablı üstünlü ilə nəticələnib. Ümumilikdə isə "Qarabağ" 4:3 hesabıyla məğlub olub.
Yoxlama oyunu
"Qarabağ" (Azərbaycan) - "SV Horn" (Avstriya) - 3:4
Qollar: Reynaldo, 48, 68, Almeyda 89 - Rakovits 16, 25, Sakaki 38, Emir Dılıç 51
Avstriya, Kössen qəsəbəsinin stadionu