"Sumqayıt"ın Antalya toplanışındakı ilk rəqibi müəyyənləşib

"Sumqayıt" klubunun qış təlim-məşq toplanışında ilk rəqibi bəlli olub.

Newsport.az məlumatına görə, belaruslu Aleksey Baqanın baş məşqçi olduğu komanda Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesində Macarıstan "Uypeşt"i ilə üz-üzə gələcək.

Qarşılaşma yanvarın 16-da gerçəkləşəcək.

Qeyd edək ki, 12 - 23 yanvarda Lara bölgəsində yerləşən “Aska Resort” otelində məskunlaşacaq "gənclik şəhəri" təmsilçisi bu müddət ərzində daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right