"Burada olmaqdan məmnunam. "Sumqayıt"ın baş məşqçisi kimi yeni çağırışlara hazıram. İsti münasibətə görə təşəkkür edirəm".
Newsport.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın yeni baş məşqçisi Aleksey Baqa mətbuat konfransında təyinatı ilə bağlı danışarkən deyib.
41 yaşlı mütəxəssis bildirib ki, komanda barədə kifayət qədər məlumat toplayıb: "Şəxsi tanışlıq və üzbəüz münasibətlərin yerini heç nə vermir. Amma klub haqqında bütün məlumatlara sahibəm".