Romen Bask "Neftçi"dən ayrılmasının səbəbi haqda danışıb.
Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu Bakı təmsilçisini ölkəsinin "Şatoru" klubuna dəyişməsini ailə vəziyyəti ilə əlaqələndirib.O,
Azərbaycanda özünü yalnız hiss etdiyini və kiçik qızı üçün çox darıxdığını deyib: "Həqiqətən legioner həyatı yaşamaq istəyirdim. "Neftçi"də çox gözəl anlar yaşadım, əla mühitdə böyük matçlar keçirdim. Komandadan hər şey pis getdiyi üçün ayrılmadım. Yeganə səbəb, ölkə xaricində tək olmağım idi".
Qeyd edək ki, R.Bask "Neftçi"yə bu mövsümün əvvəlində ölkəsinin "Havr" klubundan keçmişdi. 27 yaşlı yarımmüdafiəçi "Şatoru" ilə 3 illik müqavilə imzalayıb.