“Neftçi”nin legioneri koronavirusa yoluxub

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane koronavirusa yoluxub.

Newsport.az xəbər verir ki, qvineyalı futbolçu hazırda ölkəsinin milli komandasının düşərgəsindədir. Bu barədə Qvineyanın firawasport.com portalı məlumat yayıb.

Kane ilə yanaşı, bir neçə komanda yoldaşında da koronavirus aşkarlanıb. Hazırda onların karantinə alındığı bildirilir.

Kane müqavilə ilə Yunanıstanın “Olimpiakos” klubuna məxsusdur. O, “Neftçi”də bu mövsümün sonuna qədər icarədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right