"Xəzər Lənkəran"ın beynəlxalq məhkəməsi yenə təxirə salındı

Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) "Xəzər Lənkəran"ın transfer qadağı isə bağlı bu gün keçirilməli olan iclasını yenə təxirə salıb.

Newsport.az-ın məlumatına görə, CAS qərarı iyulun 31-nə kimi uzadıb.

2011-ci ildə "Xəzər Lənkəran”a gələn Veldin Muharremoviç "ağ-yaşıllar”da debüt etmədən yola salınıb. Bosniya və herseqovinalı oyunçu daha sonra cənub klubundan FİFA-ya şikayət edib. Braziliyalı yarımmüdafiəçi Elias Ribeyro Azərbaycan klubunun ona borcu olduğunu iddia edərək "Xəzər Lənkəran”dan şikayət edib. FİFA isə məsələ ilə bağlı son qərarında "Xəzər Lənkəran"a cərimələri ödəməsini bildirib və kluba qış və yay ayları üçün transfer qadağası qoyulub. Buna etiraz olaraq isə Lənkəran təmsilçisi Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Qeyd edək ki, əsasnaməyə görə, transfer pəncərəsi bağlandıqdan sonra klub istənilən sayda sərbəst transfer hüququna malik olan futbolçuları heyətinə qata bilər.(sportnet.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right