Yeni mövsümdən Premyer Liqamızda mübarizə aparacaq "Zirə" heyətini gücləndirməkdə davam edir.
Newsport.az-ın məlumatına görə, daha 2 futbolçu ilə müqavilə imzalanıb.
Ruslan Tağızadə və Ruslan Cəfərov "Zirə"nin formasını geyinəcək. “Qəbələ”dən ayrılan Tağızadə ilə 1 illik müqavilə imzalanıb. Son olaraq “Xəzər Lənkəran”da çıxış edən Cəfərov isə 2 illik müqaviləyə imza atıb.