Yeni transfer: "Neftçi" ailəsinin bir üzvü olduğum üçün çox xoşbəxtəm"

"Neftçi"nin qış transfer pəncərəsi zamanı heyətinə qatdığı Azər Salahlı "instagram" səhifəsində paylaşım edib.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü "ağ-qaralar"a keçidinə görə xoşbəxt olduğunu bildirib: "Haydı, xeyirlisi inşallah. "Neftçi" ailəsinin bir üzvü olduğum üçün çox xoşbəxtəm. Birlikdə yeni-yeni uğurlara doğru".

Qeyd edək ki, "Neftçi" Azər Salahlını "Keşlə"dən transfer edib. Paytaxt klubu 27 yaşlı sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right