"Sumqayıt"ın sabiq futbolçusu Əli Babayev yenidən Azərbaycan Premyer Liqasında oynaya bilər.
Newsport.az-ın məlumatına görə, hazırda klubsuz olan yarımmüdafiəçi "Keşlə"yə təklif olunub. Paytaxt təmsilçisi 31 yaşlı oyunçu ilə danışıqları davam etdirir. Razılıq əldə olunsa, Babayev qış fasiləsindən sonra "Keşlə"nin formasını geyinəcək.
Əli Babayev 2018/19 mövsümündə "Sumqayıt"da oynayıb. Azərbaycan millisinə də cəlb olunan futbolçu 2019-cu ildə yığmada 1 oyun keçirib. O, son olaraq İsraildə Ramat-Qan "Hapoel"ində çıxış edib.
FutbolPress