“Sumqayıt” Antalyada 3 yoxlama oyunu keçirəcək

“Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, sözügedən komanda 3-cü dövrənin hazırlığına yanvarın 5-də Sumqayıt şəhərində start verəcək.

Sumqayıtlılar hazırlıq prosesinin ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcəklər. Yanvarın 12-dən 23-dək Lara bölgəsində yerləşən “Aska Resort” otelində məskunlaşacaq komanda bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

​Rəqiblərin kimliyi barədə klubun rəsmi media hesablarında əlavə məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right