2021-ci ildə "Neftçi"nin heyətində ən çox oyun keçirmiş futbolçunun adı açıqlanıb.
Newsport.az-ın məlumatına görə, kapitan Emin Mahmudov bu göstərici üzrə bütün komanda yoldaşlarını geridə qoyub. 30 yaşlı yarımmüdafiəçi ötən il 38 qarşılaşmada ağ-qara formanı geyinib.
Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən "Neftçi"nin şərəfini qoruyur.