Aleksey Baqa “Sumqayıt”ın tarixinə ikinci legioner baş məşqçi kimi düşüb.
Newsport.az sportinfo.az saytına istinadən xəbər verir ki, belaruslu mütəxəssisə qədər “Gənclik şəhəri” təmsilçisini yalnız bir əcnəbi çalışdırıb.
Bu, 2011-13-cü illərdə həmin vəzifəni tutan Bernhard Raabdır. Almaniyalı klub tarixinə Premyer Liqada ilk çalışdırıcı kimi düşüb.
2013-cü ilin iyununda postunu tərk edən almaniyalıdan 8,5 il sonra “Sumqayıt”da yenidən legioner çalışdırıcı işləyəcək. Ümumilikdə isə Baqa klub tarixinə Premyer Liqadakı 6-cı baş məşqçi kimi düşəcək.
Raabdan (2011-13) sonra komandaya Aqil Məmmədov (2013-15), Samir Abasov (2015-18), Nazim Süleymanov (2018) və Ayxan Abbasov (2018-21) başçılıq edib.