"Qarabağ" Rusiya və Rumıniyanın güclü klublarına qarşı

"Qarabağ" Avtsriyada keçirdiyi təlim-məşq toplanışında 3 yoxlama oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, iyunun 30-da Avstriya təmsilçisi "SV Horn"la qarşılaşacaq komanda Bakıya dönənə qədər daha 2 yoldaşlıq oyununda gücünü sınayacaq. İyulun 3-də ağdamlılar 17:30-da Ruminiya nəhəngi "Styauya" ilə, İyulun 7-sində isə Rusiyanın "Lokomotiv"  (Moskva) ilə qarşılaşacaq.

İyunun 8-i isə “Qarabağ” Azərbaycana qayıdacaq. 

"Qarabağ" iyulun 15-də Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"ı  (Çernoqoriya) qəbul  edəcək. Oyun 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right