FİFA millilərin yeni reytinq siyahısını açıqlayıb.
Newsport.az xəbər verir ki, bu ilin son cədvəlində Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb.
Belə ki, yığmamız 1139,02 xalla 120-ci pillədə özünə yer tapıb. Siyahıya Belçika (1828, 45) başçılıq edir. Braziliya (1826,35) 2-ci, Fransa (1786,15) 3-cüdü.
Qadınlardan ibarət milli komandaların FİFA reytinqində isə Azərbaycan 83-cü pillədədi.